Tanınmış jurnalist Ləman Ələşrəfqızına yeni vəzifə verildi

  • By admin
  • 08 Oktyabr 2016 10:20

leman

ANS telekanalının keçmiş əməkdaşı Ləman Ələşrəfqızı yeni vəzifəyə təyin olunub.

Bu barədə Gununsesi.info-ya jurnalistin özü məlumat verib. O, bildirib ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəzifəsinə təyin edilib.
“Mən bu vəzifəyə təyin olunmuşam. Lakin hələlik əmrim verilməyib. Bəzi prosedurlar var. Onlardan sonra rəsmən işə başlayacam”, -deyə Ələşrəfqızı bildirib.
Qeyd edək ki, L.Ələşrəfqızı 12 il ANS telekanalında çalışıb. Iyunun 16-da isə ANS-in vitse-prezidenti Seyfulla Mustafayevlə arasında qalmaqal yaşandığından o, şirkətdən ayrılıb.

Gununsesi.info