Tanınmış rejissor vəfat etdi - RESTORANDA

  • Müəllif: admin
  • 20 Sentyabr 2016 10:07

elekber_kazimovski

Məşhur rejissor, “Əməkdar incəsənət xadimi” restoranda qəflətən dünyasını dəyişib.

Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, hadisə Ağdaş restoranında baş verib.
Məşhur rejissor Ələkbər Kazımovski məclisdə qəflətən dünyasını dəyişib. İlkin məlumata görə, rejissorun qəfil ölümünə ürəktutması səbəb olub.
Hadisə aktrisa Nahidə Hüseynovanın doğum günün qeyd etdiyi məclisdə baş verib.
Ə.Kazımovski uzuan müddət AzTv-də çalışıb. Son zamanlar isə ANS telekanalında işləyirdi.
Qeyd edək ki, Ə.Kazımovski məşhur rejissor Rauf Kazımovskinin oğludur.
Allah rəhmət eləsin!

Gununsesi.info