Anbarda 16 nəfər diri-diri yandı (YENİLƏNİB)

  • By admin
  • 27 Avqust 2016 11:48
anbar
Yanğın zamanı 16 nəfər hyatını itirdi. 
Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, Moskvann şimal-şəqr istiqamətində tipoqrafiya anbarında baş verən yanğın zamanı 16 nəfərin öldüyü bildirilir. Dörd nəfər isə xəsarət alıb. Xəsarət alanlar  təcili tibbi yardm xəstəxanasına yerləşdiriliblər. Yanğın nəticəsində ölənlərin hamısı MDB vətəndaşlarıdır.
Anbarda yananların hamısı yuxuda olan zaman  zəhərli tüstündən boğulub. Ölənlərin hamısı Tipoqrafiyaya məxsus anbarın dördüncü mərtəbəsində bir otaqdan tapılıb. Yanğın onlar yuxuda olan zaman baş  verib və qapalı yerdə olublar. Qapalı yerdə olduqlarından  tüstüdən zəhərlənərək ölüblər.
****
11:06
Moskvanın şimal-şəqr bölgəsində Altufyevsk şossesində “Peçatnıy ekspress” MMC-yə məxsus tipoqrafiya anbarı yanır.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində bir  nəfərin öldüyü, 12 nəfərin isə xilas edildiyi bildirilir.
Yanağın davam edir və yanğınsöndürənlər yanğını lokallaşdırmağa çalışırlar.
Anbarda zəhərli maddələr olduğundan əraziyə havanın  zəhərlənməsinin dərəcəsini ölçmək üçün xüsusi laboratoriya da göndərilib.
Gununsesi.info