Tank partladı - 3 ƏSGƏR YARALANDI

  • Müəllif: admin
  • 19 May 2017 13:12

008

Mayın 19-d səhər saatlarında Əfqanıstanda Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsusu tank minaya düşərək partlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Parvan vilayətinin Abdi Bay bölgəsində baş verib.

Belə ki, partlayış zamanı 3 əsgər yaralanıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Əfqanistanda NATO rəhbərliyi altında fəaliyyət göstərən Beynəlxalq Koalisiya Qüvvələrinin Komandanlığı baş vermiş hadisə ilə əlaqədar hələlik rəsmi olaraq açıqlama verməyib.

Əfqanıstanda partlayışa görə məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.

Anar 

Gununsesi.info