Tarkanın milyon dollarlıq evi FOTO

  • By admin
  • 07 İyun 2016 21:28

Tarkan

İfaçı həyat yoldaşı ilə birlikdə yeni evlərinə köçüb

 

Türkiyənin meqastarı Tarkan 1 milyon dollara ev alıb. Gununsesi.info xəbər verir ki, ANS PRESS-in məlumatın görə, ifaçı Kemerburqazda lüks bir ev alaraq həyat yoldaşı Pınar Dilek ilə bu evə köçüb. Evin dizaynı Pınar Dilekimn zövgü ilə qurulub.

 

Tarkan may ayının 6-da Almaniyada özünə toy edib. O, uzun müddət görüşdüyü 30 yaşlı xanımla ailə qurub. 100 nəfər qonağın iştirak etdiyi mərasim Köln şəhərində Reyn çayı sahilində tarixi mülkdə olub. Mərasimdə olan qonaqlar arasında gəlinin qohumları üstünlük təşkil edib.

 

İfaçı Pınarla 5 ildir ki, sevgili idi. Onların münasibətləri ötən il ortaya çıxmışdı. Tarkan ötən ilin son günlərində sürpriz şəkildə nişanlanıb. Onun nişanlısı Pınar Dilək Almaniyada bir türk ailəsində dünyaya gəlib. Onlar ifaçının konsertlərindən birində tanış olublar. Belə ki, Pınar Dilək Tarkanın fanatlarından biri olub. Onların ilk fotosu da 2008-ci ildə Tarkanın Almaniyada olan konserti zamanı çəkilib. (Anspress)

 

tarkanin evi