Taylandda turistik zonada partlayış: ölən və yaralananlar var

  • By admin
  • 12 Avqust 2016 11:40

tayland

 

Taylandda turist şəhəri olan Hua Hin, Phuket və bir neçə ərazidə bir-birinin ardınca partlayışlar baş verib ki, nəticədə 4 nəfər ölüb və bir neçə nəfər yaralanıb.

Bu hadisə Banqkok yaxınlığında olan dənizkənarı Hua Hin şəhərində bir nəfərin ölümü ilə nəticələnən qoşa partlayışın ardınca baş verib.

Hücumlarla bağlı heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Hadisə taylandlılar kraliça Sirikit-in ad günü münasibətilə həftə sonu bayram keçirdiyi ərəfədə baş verib.

“Bomba partlayışları xaos və qarışıqlıq yaratmağa cəhddir”, baş nazir Prayuth Chan-ocha jurnalistlərə deyib. “Biz insanları bundan artıq təlaşa sala bilmərik.”

Banqkokda olan BBC-dən Jonathan Head deyir ki, hadisənin arxasında Tailandın cənubunda hərbiçilərə qarşı silahlı mübarizə aparan separatist qruplaşmanın durduğu müəyyən olunarsa, bu 12 ildən çox davam edən və 6000-dən çox insanın ölümünə səbəb olan, lakin heç vaxt turistləri hədəfə almayan qruplaşmanın taktikasının dəyişməsi demək olacaq.

Əldəqayırma bomba hücumları Taylandda siyasi iğtişaşlar zamanı tez-tez müşahidə olunurdu. Lakin 2014-cü ilin mayında çevrilişlə hakimiyyət hərbinin əlinə keçəndən sonra bu hadisələr nadir hallarda baş verməyə başladı.

Ötən həftə taylandlılar ölkə siyasətində hərbi təsiri bir neçə il gücləndirməyi nəzərdə tutan konstitusiya dəyişikliyi ilə bağlı referendumda səs veriblər.


Gununsesi.info