Tayvanda zəlzələ nəticəsində xəsarət alanların sayı 200-ü keçib - 2 NƏFƏR ÖLÜB

  • By admin
  • 07 Fevral 2018 08:50

Tayvanın Xualyan şəhərində silsilə zəlzələlər nəticəsində xəsarət alanların sayı 202 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, onların arasında əcnəbilərin olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, eraltı təkanlar şəhərdə ciddi dağıntılara səbəb olub, otel daxil olmaqla azı 5 bina qismən və tamamilə uçub.

Nəqliyyatın hərəkətində, enerji təchizatında problemlər yaranıb, 560 ev işıqsız qalıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Gununsesi.info