“Tehran-Ər-Riyad çəkişməsi fəlakət xəbərçisidir” - BAXÇALI SƏRT DANIŞDI VƏ CXP-Nİ DƏ UYARDI

  • Müəllif: admin
  • 14 İyun 2017 20:15

devlet-baxcali

“Tehran-Ər-Riyad çəkişməsi növbəti fəlakətdən xəbər verir”.

Gununsesi.info-nun xəbərinə görə, bu fikri MHP genəl başqanı  Dövlət Baxçalı partiyasının qrup toplantsında çıxışı zamanı deyib.

D. Baxçalı deyib ki, qarşıdakı “zülm pramidası”nın içində “yox” yoxdur.

“Enerji oyunları  stratejik çatışmalar, ölkələrin fiziki qarşılaşması ilə deyil, terror örgütlərinin əliylə edilməkdədir. ABŞ prezidentinin seçim dönəmində “borcumuzu Körfəz ölkələri ödəyəcək” açıqlamasının icrası üçün artıq  hər yol dənənməkdədir.

ABŞ 11 sentyabr hadisələri nədəniylə ölənlərin yaxınlarının Səudiyyə Ərəbistanına məhkəmə davası açmasına imkan yaradan bir qanun layihəsini ortaya qoyub.  Ölkəmizin etiraz etdiyi, Obamanın da veto qoyduğu layihə sırasında iki ölkə arasında soyuq rüzgarlar əsmişdir.

Odur ki, Ramazan ayında İslam ölkələri üzərində oynanılan oyunlara qarşı ayıq, dinimizin buyruqlarına da sadiq və bağlı olmaq durumundayız”-deyə, o, sözlərinə əlavə edib.

MHP genəl başqanı eyni zamanda, AKP iqtidarının Qətərə dəstək verməsinə müsbət yanaşıb və bu məsələdə hökuməti tənqid edən CXP-ni sərt sözlərlə ittiham edib.

“Ana müxalifət” partiyasındakı  kompleks və aşağılıq duygusu nə şəkildə izah ediləcək?!

Nə etsəydik,  heç bir iradə göstərmədən özümüzü təslimmi etsəydik?!” – deyə, Baxçalı sonra bildirib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info