Tehran vurulan Ukrayna təyyarəsinə görə təzminat ödəməyə razılaşdı

  • By admin
  • 31 İyul 2020 10:50

Rəsmi Tehran 2020-ci ilin əvvəlində vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinə görə təzminat ödəməyə razılaşıb.

Gununsesi.info xəbər verir ki, IRNA-nın məlumatına görə, bu barədə İran XİN rəsmi nümayəndəsi Abbas Musəvi danışıb.

“İran təyyarəyə görə təzminat ödəməyə razılaşıb, ancaq bunun reallaşması vaxt alacaq”, – deyə A.Musəvi bildirib.

Xatırladaq ki, yanvarın 8-də vurulan “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsində 176 nəfər həlak olmuşdu.

Gununsesi.info