Terror təhlükəsi ilə əlaqədar izlənən insanların sayı açıqlandı

  • By admin
  • 11 Sentyabr 2016 19:31

terror-1

Fransada 15 minə yaxın insan müşahidə atındadır.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bunu bu gün Fransanın baş naziri Manuel Vals “Europe 1” radiosuna müsahibəsində bildirib.
M. Vals bu insanların radikallaşma prosesində olduqlarını söyləyib: “Terror təhlükəsi maksimumdur. Biz bunu son günlər də gördük. Hər gün kəşfiyyat xidməti, polis terror aktlarının qarşısını alır, terrorçuları izləyir. Biz hədəfik, hər kəs bunu başa düşüb. Bu həftə ən azı iki terror aktının qarşısı alınıb”.

HTML tutorial

Baş nazir İraq və Suriyada müharibəyə 700 fransızın yollandığını, onların arasında 275 qadın və onlarla yeniyetmə olduğunu nəzərə çatdırıb: “Dinc sakinlər arasında başqa terror aktları baş verə və qurbanlar ola bilər”.

Gununsesi.info