Terrorçu PYD-yə yaxın sayt: ABŞ 10 İL ƏRZİNDƏ PYD-Nİ SİLAHLANDIRACAQ

  • By admin
  • 18 İyun 2017 00:06

pkk1

ABŞ terrorçu PKK-nın Suriya uzantısı olan PYD ilə işbirliyini genişləndirir.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə terrorçu PYD-yə yaxın saytlardan biri məlumat yayıb.

Saytın verdiyi məlumata görə, ABŞ yaxın on il ərzində PYD-ni silahlandıracaq və PYD-lilərə hərbi təhsil-təlim keçəcək.

Qeyd edək ki, son günlər ərzində ABŞ-dan PYD-yə 50 TIR dolu silah göndərilib.

Ümumlikdə isə ABŞ PYD-yə 350 TIR dolu silah-sursat göndərilib.

KAMİL

Gununsesi.info