Terrorçunu zərərsizləşdirən Vasifin yeni FOTOLARI

  • By admin
  • 19 Fevral 2023 11:30

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Gununsesi.info xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova instaqram hesabında bununla bağlı paylaşım edib.

Məlumata görə, Vasif Tağıyev Xalq artistinin dayısı nəvəsidir.

Qeyd edək ki, V.Tağıyev göstərdiyi şücaətə görə Prezident tərəfindən 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.

Gununsesi.info