Tez-tez cinsi əlaqədə olmaq zərərlidirmi? - SEKSOLOQLARDAN AÇIQLAMA

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 09:00

seks

Tez-tez sekslə məşğul olmaq heç də iddia olunduğu kimi xoşbəxtlik və ya sağlamlıq gətirmir. Çoxları seksi ən yaxşı stress əleyhinə “ağrıkəsici” kimi qəbul edirlər. Amma mütəxəssislər deyirlər ki, cinsi akta bu cür yanaşma onun mənəvi tərəfini azaldır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, seksoloqların fikrincə, tez-tez sekslə məşğul olmaq bu prosesi adiləşdirir, ən əsası avtomatikləşdirir. Yəni insan seksə sevdiyi və ya bəyəndiyi adama qovuşmaq kimi deyil, sanki su içmək kimi adi zərurət olaraq baxır. Halbuki ən ziyanlı seks də məhz duyğusuz, mənəvi tərəfi zəif və ya heç olmayandır. Mütəxəssislər tövsiyə edirlər ki, cinsi akt yalnız tərəflərin qarşılıqlı, həmçinin hisslərinin kəskin olduğu zaman yerinə yetirilməlidir.

Yeri gəlmişkən, müxtəlif saatlarda yaşanan seksin də orqanizmə təsiri fərqli olur. Adətən cütlüklər izdivacı gecəyə saxlayırlar, amma seksoloqlar bunun üçün günün tam ortasını – 15:00 radələrini uğurlu hesab edirlər. Çünki bu saatda kişilərdə testosteron səviyyə daha yüksək olur, qadın orqanlarının isə daha həssas məqamı yetişir.

Gununsesi.info