“The Washington Post”: Donald Tramp Ukraynaya sadəcə nifrət edir

  • By admin
  • 03 Noyabr 2019 18:19

“Donald Tramp Ukraynaya qarşı ikrah münasibətini heç bir yerdə gizlətmir”.

Gununsesi.org xəbər verir ki, The Washington Post qəzetinin son məlumatı da elə bu barədədir.

Qəzetin informasiyasına əsasən, ABŞ prezidentinin 3 müşaviri onu Ukraynanın yeni liderinin (prezident Vladimir Zelenski) güvənli müttəfiq olduğunu inandırmağa çalışıb.

Lakin Ağ Evin rəhbəri onların sözlərini kəsərək Ukrayna haqqında sərt ifadələr işlədib.

Donald Trampın fikrincə, Ukraynanın bütün rəhbərliyi 2016-cı ildə onun prezidentlik kampaniyasına zərər vurmaq üzərində çalışıb.

Onun bu sözlərinə energetika naziri Rik Perri etiraz edib və hətta Ronald Reyqanın öz inauqurasiyası zamanı nitqindən iqtibas da gətirib.
“Onlar iyrənc və korrupsiyalaşmış adamlardır”, – deyə Donald Tramp öz dediyindən dönməyib.
Qəzetin məlumatına əsasən, bu günə qədər ABŞ prezidentinə qarşı başladılan impiçment proseduru çərçivəsində Nümayəndələr palatasında ifadə verməyə hazır olan 10 şahid artıq mövcuddur.
“Həmin şahidlərdən biri məhz Donald Trampın Ukraynaya nifrətindən danışacaq”, – deyə qəzetin qaynaqlarından biri söyləyib.

 

 

Gununsesi.org