
ABŞ-ın Senford şəhərində (Florida ştatı) ticarət mərkəzinin ərazisində atışma baş verib.
İnsident ticarət mərkəzinin avtomobil dayanacağında qeydə alınıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlar var. Ticarət mərkəzinin əməkdaşları və müştəriləri təxliyyə edilib.
İnsidentin təfərrüatları müəyyənləşdirilir.
Qeyd edək ki, fevralın 14-də ABŞ-ın Parkland şəhərində (Florida ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində 17 nəfər ölüb.
Gununsesi.info









