TikTok və Tvitter-də zəlzələ yardımı fırıldqaçıları

  • By admin
  • 15 Fevral 2023 21:28

İnternet təhlükəsizliyi mütəxəssisləri Türkiyə və Suriyadakı zəlzələdən sitifadə edərək saxta yardım kampaniyalarının hazırlanmasının xəbərdarlığını edir.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, fırıldaqçıların ödənilən yardımların Paypal hesablarına və ya kripto pul kisəsinə köçürdükləri bildirilir.

“Türkiyə üçün dua et” TikTok yayımları

TikTok canlı yayımlarında məzmun düzəldiciləri rəqəmsal hədiyyələr alaraq pul qazana bilir.İndi siə bəzi TikTok hesabları zəlzələdəki dağıntının fotolarını, görünülərini və televizordakı xilasetmə çalışmalarının qeydlərini işlədib yardım edilməsini istəyir.

Başlıqda “Türkiyəyə yardım edək”, “Türkiyə üçün dua et” və “Zəlzələ qurbanları üçün bağışlama edin” kii ifadələr yer alır.

Kripto pul və suni zəka ilə emal edilən fotolar

Tvitter-də bəzi hesablarda duyğulu fotolarla birlikdə kripto pul kisələrinin linki verilərək yardım toplanır. Bir hesab eyni tələbi binaların arasında bir uşağa satılan xilaseedici fotoları ilə birlikdə 12 saat boyunca 8 dəfə paylaşıb.

Ancaq paylaşılan rəsim gerçək deyildi. Yunan qəzeti OEMA fotonun xilasedici Kotridis tərəfindən Suni Zəka yazılımı “Midjourney” işlədilərək emal edildiyini bildirib.

 

 

Fırıldaqçılıqdan necə uzaq durmaq və etibarlı yardımı necə etmək olar?

  • Ölkənizdəki yardımsevər qurumları araşdırın
  • Fırıldaqçılardan şübhələnirsinizsə, ölkənizin uyğun qurumlarına və sosial media platformasına xəbərdarlıq edinedin
  • İnsanları təsirləmək üçün duyğulu dil, fotolar və videoların işlədilməsi bir işartıdır
  • Bəzi fırıldaqçılar gerçək xeyirxahlıq qurumları və ya hökumətlərlə əlaqəli olduqlarını söyləyirlər. Yardım etmək istəyirsinizsə, internet saytlarını tapıb, birbaşa onlara yardım edin.

Tərcümə: Arzu Sayadoğlu