Tovuzda 15 yaşlı yeniyetmə ehtiyatsızlıqdan qardaşını qətlə yetirib

  • By admin
  • 20 Aprel 2017 21:07

ov-tufengi

 

Tovuzda qətl hadisəsi törədilib.APA-nın verdiyi məlumata görə, qətl hadisəsi rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü İsmayılov İbrahim Şaiq oğlu ehtiyatsızlıq nəticəsində 16 mm çaplı tüfənglə açdığı atəşlə qardaşı, Rusiya vətəndaşı 1995-ci il təvəllüdlü İsmayılov Sərxan Şaiq oğlunu qətlə yetirib.

 

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info