
Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı ölkədə keçirilən ümumxalq səsverməsi Tovuz rayonunda uğurla davam edir. Rayonda olan 105 və 106 saylı dairələrin bütün məntəqələrində seçicilərin öz fikirlərini sərbəst şəkildə ifadə etmələri üçün lazımi şərait yaradılıb.
Dairələrdən Gununsesi.info-ya verilən məlumata görə, ümumilikdə 8 məntəqədə “exit-poll” keçirilir. “Exit-poll” 7 məntəqədə “Rəy” Monitorinq Mərkəzi tərəfindən, 1 məntəqə isə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən aparılır.
Gununsesi.info












