Tovuzda yanğın hadisəsi baş verib

  • By admin
  • 10 Avqust 2016 09:00

yangin

 

Zibillikdə baş verən yanğın genişlənərək dağlıq hissəyə yayıldı.

Gununsesi.info xəbər verir ki, hadisə Tovuzun İbrahimhacılı kəndində baş verib. hadisə zamanı 1 hektardan çox ərazi yanıb. Külək nəticəsində zbillikdə baş verən yanğın genişlənərək dağlıq hissəyə yayılıb. Güclənən alovu kənd sakinləri söndürməyə çalşsalarda bu mümkün olmayıb. Əraziyə yanğınsöndürənlər çağrılıb. Hündürlükdə yanan hissəyə yanğın avtomobillərinin qalxaması mümkünsüz olduğundan canlı qüvvə alovu söndürməyə cəhd göstərib. Çətinliklə də olsa məişət tullantılarının alovlanmasından yaranan yanğını söndürmək mümkün olub.

Qeyd edək ki, hadisə baş verən əraziyə yaxın olan üzüm bağı və geniş meşəlik yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.                    

 

Gununsesi.info