
Tovuz rayonunda yanğın hadisəsi baş verib.
Gununsesi.info Trend-ə istinadən bildirir ki, rayonun Şamlıq kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 7 otaqdan ibarət yeməkxananın yanar konstruksiyaları və yaxınlıqda olan 5 ədəd ağac qismən yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












