Tovuzda yol qəzası baş verib - SÜRÜCÜNÜN VƏZİYYƏTİ AĞIRDIR

  • Müəllif: admin
  • 18 Dekabr 2017 09:06

Tovuzda yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində baş verib.

Kənd sakini, 1969-cu il təvəllüdlü Əliyev Ülfət Qəməd oğlu idarə etdiyi avtomobillə hərəkət edərkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq evlərdən birinə çırpılıb.

Hadisə nəticəsində sürücü ağır kəllə-eyin travması ilə xəstəxanaya yerləşdirilib. Sürücünün vəziyyəti ağır qiymətləndirilir.

Gununsesi.info