Tovuzda zəhərli ilan azyaşlını vurdu - ÖZƏL

  • By admin
  • 30 May 2016 09:34

Ilan sancma

 

Tovuzda azyaşlı ilanın hücumuna məruz qalıb. Gununsesi.info-nun Qərb bölgəsi üzrə müxbirinin verdiyi xəbərə görə, rayonun Düz Qırıqlı kəndində yaşayan Aydın Əliyev kənd təsərrüfatı işləri ilə məşğul olarkən ilan onu sancıb. 10 yaşlı zərərçəkən dərhal Tovuz Şəhər Mərkəzi xəstəxanasına çatdırılıb. Barmağından yaralanan azyaşlıya ilkin tibbi yardım göstərilib. Hazırda Aydın Əliyevin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, yay fəsli yaxınlaşdığından, vətəndaşların bu cür hallarla qarşılaşma ehtimalı çoxalır. Ona görə də ehtiyatlı olmaları tövsiyə olunur.