Toyda niyə tort kəsilir? - MARAQLI ADƏTİN SƏBƏBİ

  • By admin
  • 23 Oktyabr 2017 23:14

220111

Bu gün dünyanın, demək olar ki, bütün ölkələrində toyda gəlin və bəyin tort kəsməsi adət halını alıb.

Məlumata əsasən, qədim Romada gəlinin başına bərəkət rəmzi olaraq buğda atılıb. İllər keçdikdən sonra toya gələn qonaqlar cütlük üçün buğdadan hazırlanmış kekslər gətiriblər. Lakin onu da gəlinin başından aşağı atıblar.

Bir müddətdən sonra bərəkət rəmzi kimi keksləri cütlüyün başında kəsiblər və ovuntuları gəlinlə bəyə yedirdiblər.

Zamanla bu adət bir az da dəyişilib. Belə ki, İngiltərədə toya qonaqlar artıq daha iri piroqlar gətirib və onlar üst-üstə düzülüb. Sonra bəylə gəlin həmin piroqlardan dadıblar.

Dekorativ əşyalar çıxdıqca isə həmin piroqlar tortlarla əvəz olunmağa başlanıb və onların üzərinə bəzək vurulub.

Gununsesi.info