Toyu olacaq Zaqatala sakini piyadanı vuraraq öldürdü

  • By admin
  • 04 Oktyabr 2016 16:18

a2128384123de6dcc931fdfdf5ef1ef3

Zaqatala rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun APA-nın Şəki-Zaqatala bürosuna istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Pənah Rövşən oğlu Hüseynov idarə etdiyi “Opel Vectra” markalı, 10 XU 514 dövlət  nömrə nişanlı avtomobillə Zaqatala şəhər sakini 1963-cü il təvəllüdlü Gülmayə Məhəmməd qızı Həzrəyevanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 53 yaşlı Gülmayə Həzrəyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. RMX-dan bildirilib ki, həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı  Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Gununsesi.info