Tramp ABŞ-ın OPEC-dən asılılığına son qoymaq niyyətindədir -Ağ Ev

  • By admin
  • 20 Yanvar 2017 23:05

ag ev

 

ABŞ Donald Trampın prezidentliyi dövründə OPEC-dən enerji asılılığına son qoymaq, şelf hasilatı daxil olmaqla, yerli yataqların hasilatında inqilab yaratmaq, energetika sahəsində idarəetməni azaltmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

“Prezident Tramp ABŞ-ın OPEC-dən asılılığına son qoymaq niyyətindədir. Biz şelf yataqlarının istismarında inqilab yaradaraq, milyonlarla amerikalıya iş yerləri və firavanlıq qaytaracağıq”, məlumatda vurğulanıb.

Gununsesi.info