Tramp Boltonu “manyak” adlandırdı

  • By admin
  • 26 İyun 2020 11:57

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonu “fəaliyyəti yalnız insanları bombalamaqdan ibarət olan manyak” adlandırıb.

Gununsesi.org bildirir ki, “Fox News” telekanalına müsahibə verən prezident bildirib ki, C.Bolton mütəmadi olaraq Rusiya və Çinlə döyüşməyi təklif edib.

D.Tramp milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavirinin işinin öhdəsindən gələ bilmədiyini də vurğulayıb.

Fikrinin yekununda Ağ Ev başçısı etiraf edib ki, C.Boltonun güc dilində danışması onlara danışıqlar masasında müəyyən üstünlüklər qazandırıb.

Gununsesi.org