Tramp Çin və Rusiya ilə olan münasibətlərindən danışdı

  • Müəllif: admin
  • 20 Yanvar 2020 11:29

ABŞ prezidenti Donald Tramp əmindir ki, rəsmi Vaşinqtona Moskva və Pekinlə yaxşı münasibətləri dəstəkləmək sərfəlidir, ancaq başqa ölkələrə ABŞ-dan öz maraqları üçün istifadə etməyə yol vermək olmaz.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Texas ştatında ABŞ-ın aqrar sektorunun nümayəndələri qarşısında çıxışında deyib.

“Çinlə normal münasibətlərə malik olmaq – bu yaxşıdır və Rusiya ilə əla münasibətlərə malik olmaq yaxşıdır, necə ki, başqa ölkələrlə olduğu kimi. Amma istəmirik ki, bizdən öz maraqları üçün istifadə etsinlər”, – ABŞ prezidenti deyib.

Gununsesi.org