Tramp “G-7” sammitini yarımçıq tərk etdi

  • Müəllif: admin
  • 09 İyun 2018 23:16

Tramp “G-7” sammitini yarımçıq tərk etdi

ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən “G-7” sammitini yarımçıq tərk edib.

Gununsesi.info” xarici KİV-ə istinadən xəbər verir ki, o, görüşdən çıxaraq Kanadanın Kvebek şəhərindən Sinqapura yola düşüb.

Onun Sinqapura getməsində məqsəd iyunun 12-də orada KXDR lideri Kim Çen İnlə baş tutacaq görüşdür.