Tramp “İlin adamı” seçildi

  • By admin
  • 07 Dekabr 2016 19:31

49a65a34f977fd2707fcf1ddaf318f53

 

Məşhur amerikan jurnalı “Time” ABŞ prezidenti Donald Trampı “İlin adamı” elan edib.Gununsesi.info “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə nəşrin saytında məlumat yerləşdirilib.

Jurnal Trampı “Dağınıq Amerika Ştatlarının seçilmiş prezidenti” kimi təqdim edib, həmçinin, sosial şəbəkələrdə titul sahibinin fotosunun dərc olunduğu dekabr nömrəsinin üz qapağını yerləşdirib.

Siyahıda iknci yerdə Almaniya kansleri Angela Merkel, üçüncü yerdə komputer piratları, 4-cü yerdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, beşinci yerdə çinli araşdırmaçılar, altıncı yerdə Beyons qərarlaşıb.

Rusiya prezidenti Vladimir Putin də siyahıda adı olan şəxslərdəndir.

Ümumilkdə, “İlin adamı-2016” tituluna 11 namizəd – siyasətçlər, alimlər, biznesmenlər, idmançılar, ictimai xadimlər və şou-biznes nümayəndələri daxil olub.

Xatırladaq ki, ötən il bu titula Hindistan baş naziri Narendra Modi layiq görülmüşdü.

 

Gununsesi.info