Tramp polşalılara söz verdi –  ABŞ-a viza rejimini ləğv edəcək

  • By admin
  • 30 Sentyabr 2016 19:19

tramp

 

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trapm prezident seçiləcəyi təqdirdə Polşa ilə viza rejimini ləğv edəcək.

Gununsesi.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Tramp Polşa-Amerika konqresinin sədri Frank Spula ilə söhbəti zamanı bildirib.

“Mən Trampa viza məsələsinə görə çox narahat olduğumuzu dedim. O isə mənə dedi ki, prezident seçilən kimi bu problemi həll edəcək”, – F. Spula söyləyib.

 

Gununsesi.info