Tramp Putin və Kim Çen Inla münasibətlərinə görə onu qınayanlara cavab verdi

  • By admin
  • 11 Sentyabr 2020 12:33

ABŞ Prezidenti Donald Tramp Rusiya Federasiyası və Şimali Koreya rəhbərləri ilə yaxşı münasibətlərinə görə onu qınayanların fikirləri ilə razılaşmadığını açıqlayıb.

Gununsesi.info bildirir ki, bu barədə TASS məlumat yayıb.

“Xarici nəhənglərlə məsələləri yoluna qoymaq pis deyil. Biz KİV-ə və uzun illər bizim hakimiyyətimizə rəhbərlik etmiş həmin axmaqlara bunu öyrətmək istəyirik. “O, Putinlə yola gedir – bu dəhşətdir” deyirlər. Yox, bu yaxşıdır”, – deyə D.Tramp bildirib.

Gununsesi.info