Tramp Putinlə telefon əlaqəsi saxlayıb

  • By admin
  • 02 May 2017 13:44

tramp-putin

Mayın 2-də ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.

Belə ki, baş tutan telefon görüşməsi zamanı Suriya böhranı müzakirə olunub.

Qeyd edək ki, V.Putinin Suriya prezidenti Bəşər Əsədə dəstək verməkdə davam etməsi, eləcə də ötən ay Suriyanın qərbində yerləşən Humus şəhərinə təşkil edilən hava hücumu üzərinə Trampın Rusiyaya reaksiyası artıb.

Anar

Gununsesi.info