
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnin ünvanına təhdid və hədə dolu ifadələr işlədib.
Gununsesi.info “rosbalt”a istinadən xəbər verir ki, Tramp öz Twitter səhifəsində Kim Çen haqında belə yazıb: “Açıq-aydın görünür ki, Şimali Koreyadan olan Kim Çen İn həqiqətən ağılsızdır. Onu öz xalqının aclığı və ölümü durdurmayacaq. Onu əvvəllər görmədiyi sınaqlar gözləyir”.
Qeyd edək ki, sentyabrın 21-də ABŞ hökuməti Şimali Koreya ilə ticarı əlaqəsi olan şirkət və fiziki şəxslərə qarşı yeni sanksiyalar tətəbiq edib.
Bundan öncə Tramp kim Çen İni BMT Baş Assambleyasındakı çıxışında “ raket-adam”, “özünəqəsd edən şəxs” adlandırıb.
Kim Çen İn də Trampın bu çıxışlarını cavabsız buraxmayaraq, onu “dəlinin sayıqlaması”, “marazamtik” adlandırıb. Kim Çen İn hətta ABŞ-a qarşı daha sərt əks addımlar atamağa hazır olduğunu bəyan edib və hidrogen bombası ilə hədələyib.
Gununsesi.info











