8 yaşlı oğlanı avtomobil vurub

  • By admin
  • 22 Sentyabr 2017 17:24

piyada_olumu_4777

Masallıda 8 yaşlı oğlanı avtomobil vurub. 

Gununsesi.info xəbər verir ki, Masallının Qızılavar kəndində Sığdaşt kənd sakini, 2009-cu il təvəllüdlü Sərdar Xosruv oğlu Məmmədov yolu keçərkən babasının əlini buraxıb və qaçıb. Bu zaman hərəkətdə olan “VAZ-2107” markalı avtomaşın azyaşlını vurub. Dərhal azyaşlı sürücünün və yaxınlıqdakı insanların köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Qeyd edək ki, S. Məmmədov babası ilə Qızılavar kəndinə əmək pensiyası almaq üçün gedibmiş.

Gununsesi.info