Trampa qarşı sui-qəsd çağırışı

  • Müəllif: admin
  • 12 Noyabr 2016 18:29

monisha

İngiltərənin “Guardian” adlı yayım şirkətinin redaktorunun sosial şəbəkədəki paylaşımı hər kəsi şoka salıb. Gununsesi.info bildirir ki,  Monişa Rajeş adlı redaktor Twitter sosial şəbəkəsindəki hesabında ABŞ-ın yeni seçilən 45-ci prezidenti Donald Trampa qarşı sui-qəsd təşkil edilməsinə dair çağırış edib. Paylaşımda “Prezidentə qarşı sui-qəsdin zamanı gəlib” ifadəsindən istifadə olunub. Sərt şəkildə tənqid olunan redaktor sosial şəbəkələrdəki hesablarını silib və işindən uzaqlaşdırılıb.

Nigar Cəfərli

Gununsesi.info