Trampdan növbəti Qətər açıqlaması

  • By admin
  • 10 İyun 2017 11:30

trampp

ABŞ prezidenti Donald Tramp Qətərə çağırış edərək Dohadan “terrorçuları maliyyələşdirməyi dayandırmağı” tələb edib.

Gununsesi.info “amerikanınsəsi”nə istinadən xəbər verir ki, Tramp Qətəri terrorçuları genişmiqyaslı şəkildə maliyyələşdirməkdə ittiham edib.

Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanında regionun lider ölkələri ilə görüşdə Qətərin terrorizmi dəstəkləməkdən çəkindirmək məqsədi ilə birgə səylərin göstərilməsi barədə qərar qəbul edilib: “Bizə qərar qəbul etmək lazım gəldi: biz ya daha asan yolla gedə bilərdik, ya da  mürəkkəb, ancaq bu zəruri idi. Biz terrorizmin maliyyələşdirilməsinin dayandırılmasına nail olmalıyıq. Və artıq zaman yetişib ki, Qətər terrorizmi maliyyələşdirməsini dayandırsın”.

Gununsesi.info