Trampı bu ölkədə 10 min polis qoruyacaq

  • By admin
  • 24 İyun 2018 18:26


ABŞ Prezidenti Donald Trampın Britaniyaya səfəri zamanı təhlükəsizliyini 10 min polis qoruyacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

Məlumata görə, polislər Trampı yalnız hər hansı bir terakt təhlükəsindən deyil, həmçinin Ağ Ev rəhbərinin gəlişi ilə əlaqədar baş tutacaq mitinqlərdən qoruyacaq. Hətta Trampın gəlişi ilə əlaqədar nümayişləri dağıtmaq üçün bu sahədə təcrübəsi olan hüquq-mühafizə orqanı əməkdaşlarından ibarət xüsusi dəstə etirazlar keçirilən ərazilərə göndəriləcək. Prezidentin avtomobil karvanını isə 40 polis maşını və motosikleti qoruyacaq.

Xatırladaq ki, Trampın iyulun 13-də Böyük Britaniyanın Baş naziri Tereza Meylə görüşməsi nəzərdə tutulub.

 

Gununsesi.info