Venesuelada zəlzələdə 6 mindən çox insan ölüb

  • Müəllif: Firuzə
  • 04 Avqust 2026 09:23

Venesuelada baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 6125-ə çatıb. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Assambleyanın spikeri Xorxe Rodriges “Telegram” kanalında məlumat yayıb.

Son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib, 60992 nəfər isə xəstəxanalarda tibbi yardım alıb.

287 yaşayış binası evsiz qalanlara təhvil verilib, 43.679 bina yoxlanılıb və qiymətləndirilib, onlardan 41.624-ü zədələnib.

Xatırladaq ki, iyunun 24-də Venesuelada bir neçə güclü zəlzələ baş verib. Zəlzələlərin gücü Rixter şkalası üzrə 7,2 və 7,5 bal olub.

Gununsesi.info