
4 oktyabr ümumdünya heyvanların mühafizəsi günüdür.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Antalyada vəhşiliyə məruz qalaraq öldürülən 3 it leşi tapılıb.
Onlardan biri zəhərləndirilərək öldürülüb, digəri isə ayağından hasara mismarlanıb.
Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Antalyanın heyvanların mühafizəsi qurumundan bildirilib ki, heyvanlara bu işgəncələri verənlər qısa zamanda tapılıb, məhkəməyə veriləcək.



Gununsesi.info









