Gəncədə Nizaminin məqbərəsi yaxınlığında qumbara tapılıb - FOTOLAR

  • Müəllif: admin
  • 04 Oktyabr 2017 15:06

gence-sheheri-kepez-rayonu-03-04.10.2017-7

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Kəpəz rayonu ərazisində Nizami Gəncəvinin məqbərəsinin yaxınlığında partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

ANAMA-dan Gununsesi.info-ya bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə otlaq sahəsinə baxış keçirilib, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar edilib.

Lakin həmin gün havanın yağmurlu və günün sonu olması nəzərə alınaraq, əməliyyat oktyabrın 4-də davam etdirilib, aşkar olunmuş 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

gence-sheheri-kepez-rayonu-03-04.10.2017-6 gence-sheheri-kepez-rayonu-03-04.10.2017-5 gence-sheheri-kepez-rayonu-03-04.10.2017-4 gence-sheheri-kepez-rayonu-03-04.10.2017-3 gence-sheheri-kepez-rayonu-03-04.10.2017-2 gence-sheheri-kepez-rayonu-03-04.10.2017-1

Gununsesi.info