Tuncelidə terrorçu Monte Melkonyana qoyulan abidə yıxılıb

  • Müəllif: admin
  • 10 Dekabr 2016 11:30

ermeni

“Türkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində yerləşən ermənilərə qoyulan abidə yıxıldı”.

Bu haqda Gununsesi.info-ya  Tunceli valiliyindən məlumat verilib. Valiliyin əməkdaşının sözlərinə görə,  abidənin yıxılmasına səbəb  Azərbaycanlı vətənpərvər Roza Əliqızının  “Uzay” Tv də canlı yayım zamanı etdiyi çağırış olub: “Roza xanım canlı yayımda Türkiyə hökümətinə çağırış etdi. Abirədə də adı keçən ermənilər haqqında dəqiq məlumatlar verdi. Araşdırdıq, bəli oldu ki, Roza xanım haqlıdır. Sayın valimizlə telefon danışıqları da oldu. Roza xanıın valiliyimizə diləkcə ünvanlandı. Ertəsi günü – noyabrın 30-da abidənin sökülməsinə qərar verildi. Biz hər zaman Azərbaycanın yanındayıq. Bir millət, iki dövlətik”-, deyə valilikdən bildirilib.

Qeyd edək ki, Türkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını “əbədiləşdirən” abidə Azərbaycanda ciddi narazılıqla qarşılanıb. Erməni və PKK üzvlərinin qoyduğu “abidənin” üzərində ötən əsrin 90-cı illərində Qarabağda, Xocalıda azərbaycanlılara qarşı soyqırımlar törətmiş, azərbaycanlılara qarşı qəddarlığı ilə seçilən və 1993-cü ilin yayında öldürülən terrorçu Monte Melkonyanın da adı da vardı.

Xatırladaq ki, Türkiyənin Tuncəli bölgəsinin Aşağıdoluca kəndində erməni terrorçularının adına qoyulan  xatirə abidəsinin açılışı aprelin 26-da baş tutub. Abidənin  üzərində ““Erməni soyqırımı”nı lənətləyirik. Armenak Bakırcıyanı və Hrantı anırıq. 100-cü ilində “erməni soyqırımı” davam edir” sözləri yazılıb.
həmçinin abidənin üzərində ASALA terror təşkilatının üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş və ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqırımılar törətmiş Monte Melkonyanın adı da var.

Gülnaz Qənbərli

Gununsesi.info