Tunis və Kamerun prezidentləri İlham Əliyevi təbrik etdilər

  • By admin
  • 21 İyun 2018 14:59

Tunis və Kamerun prezidentləri İlham Əliyevi təbrik etdilər

 Tunis Prezidenti Beji Kaid əs-Sebsi Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Tunis xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulamaqdan böyük məmnunluq hissi keçirirəm.

Mən, həmçinin fürsətdən istifadə edərək, dost xalqlarımızın qarşılıqlı marağı naminə ikitərəfli münasibətlərimizi daha da inkişaf etdirmək üçün Zati-alinizlə birgə işləmək arzusunda olduğumu bildirməkdən məmnunluq duyuram”.

Kamerun Prezidenti Pol Biya da Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Gününün yaratdığı xoş fürsətdən istifadə edərək Sizə səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

 

GUNUNESİ.İNFO