Turizm firmasına qarşı dələduzluq ittihamı - “Visit Tour” partnyor şirkətə olan borcunu niyə ödəmir?

  • Müəllif: admin
  • 05 Mart 2019 00:26

 

Özəl sektorda son illər fəaliyyət sahəsi genişlənən sektorlardan biri də turizm sahəsidir. Demək olar ki, son illər Azərbaycanda  çoxsaylı turizm agetlikləri yaradılıb. Ancaq onlar arasında  rəqabət, yüksək xidmətdən daha çox yalan reklamlar, partnyor agentliklərin etimadından sui-istifadə edərək, bu sahəni gözdən salanlar da az deyil.

Elə bu günlərdə Bakıda  fəaliyyət göstərən “Visit Tour”un əməlləri haqqında redaksiyamıza təqdim olunan materiallardan da bunu görmək mümkündür.

Belə ki, adıçəkilən turizm firmasının əməlləri məhkəmə qərarı ilə sübut olunsa da qarşı tərəfə olan borcunu ödəməkdən yayınır.

 “ZD Travel” MMC-nin  təqdim etdiyi materaldan görünür ki, 2012-2013-cü illərdə onlarla partnyorluq edən “Visit Tour ”un  sahibi Svetlana Hüseynova uzun illər onlara olan borcunu ödəməyib.

“ZD Travel”in rəhbəri Vəli Dünyamaıyev deyir:

“S.Hüseynova, onun qızı – Leyla adlı xanım (məndə olan məlumata əsasən hüquqşünasdır, uzun illər Standard Bank-ın hüquq departamentinin əməkdaşı olmuşdur) və Leyla xanımın həyat yoldaşı (adını xatırlamıram) yanıma gələrək, məsələnin həlli üçün anlayış göstərilməsini və borcun ödənilməsi üçün müddət verilməsini istəmmişlər. Ödəniş üçün verilən müddətbaşa çatsa da, bizə olan borc ödənilmədi. Tərəfimizdən bir neçə dəfə borcun ödənilməsi tələb edilsə də, S.Hüseynova sonuncu danışığımızda ümumiyyətlə bizə borcu olmadığını bildirmişdir. Bundan sonra məhkəmə qaydasında borcumuzu almağa çalışdıq və vəkillərimiz tərəfindən aidiyyatı qurumlara müraciət edildi.” 

“Visit Tour”un borcunu ödəməməsi sonradan məhkəmə müstəvisinə çıxıb. Proses ikinci instansiya məhkəməsində “ZD Travel”in xeyrinə yekunlaşıb.

Ancaq ikinci instansiya məhkəməsinin hökmü olsa da Svetlana Hüseynova məhkəmə qərarını icra etməkdən boyun qaçırır: “Bu isə konkret olaraq dələduzluq əməlidir”. 

Məhkəmə qərarına görə, Svetlana Hüseynova partnyor təşkilata külli miqdarda olan borcunu ödəməsi qət edilsə də xanım bu qərara da məhəl qoymur.

Gununsesi.org-un əməkdaşı “Visit Tour ”un faktiki sahibi olan Svetlana Hüseynovadan məhkəmə qərarını icra etməməsinə dair suala cavab lmağa çalışsa da lakin bu cəhdi baş tutmayıb.

Mövzuya qayıdacağıq.

Gununsesi.org