“Türk axını” Azərbaycana narahat doğuracaq məsələ deyil - EKSPERT

  • By admin
  • 11 Oktyabr 2016 11:30
ilham 
Türkiyə ilə Rusiya arasında “Türk axını” layihəsinin rellaşdırlması Azərbaycan üçün narahat doğuracaq məsələ deyil.
Bunu Gununsesi.info-ya açıqlamasında enerji məslələri üzrə ekspert İlham Şaban deyib. Onun sözlərinə görə,   hələlik burada elə ciddi narahatçılıq doğuran bir məsələ yoxdur. “Ona görə ki, burada  hələ real olaraq birinci boru kəmərinin detalları məlumdur. O da Turkiyə bazarına gələcək”.
Ekspert əlavə edib ki, bu kəmər isə onsuz da Balkanlar üzərindən hazırda Türkiyəyə gələn kəməri əvəz edəcək: “Yəni Türkiyənin qazancı tranzitsiz Rusiya qazına sahib çıxmaq olacaq. Nəticə etibari ilə baha aldığı Rusiya qazının qiymətlərində müəyyən endirimlər olacaq. Bu da təbiidir,çünki artıq 4 ölkədən keçməyəcək Rusiya qazı və ucuz da olmalıdır. Yəni həcmlər faktiki dəyişməyəcək”.
Ekspert bildirib ki, qaldı ikinci boru kəmərinə – hansı ki, Yunanıstana doğru istiqamət götürməlidir. “Bu məsələ hələ açqdır. Onun tikintisinin baş tutması Rusiyanın Avropa Komissiuası ilə razılaşmasından sonra mümkündür”- deyə, İ.Şaban vurğualyıb.
Mürtəza
Gününsesi.info