Türk müğənni keçmiş sevgilisini öldürdü -FOTO

Türk model və müğənni Seçil Çiftçi keçmiş sevgilisini öldürüb.

Gununsesi.info xəbər verir ki, o, barışmaq üçün dəfələrlə təkid edən eks sevgilisi Semih Sevgini dəmir stulun ayağı ilə vuraraq qətlə yetirib.

Hadisə məhs Seçilin evində baş verib. Model S. Sevgini öldürdükdən sonra atasından kömək istəyib. Onlar Semihin nəşini meşəlik ərazidə basdırıb.

Daha sonra öz günahını boynuna alan Çiftçi atası ilə birgə həbs olunub.

Gununsesi.info