Mayın 5-də Bakıda Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyinə bağlı Şərqi Qaradəniz İxracatçılar Birliyinin (Doğu Karadeniz İhracatçılar Birliği) təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçirilir.
Gununsesi.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Forumda Türkiyədən 25-30 nəfərlik türk iş adamından ibarət nümayəndə heyəti də iştirak edəcək.
Belə ki, forumda hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər reallaşacaq.
Biznes Forumda inşaat və elektrik materialları, qida məhsulları, plastik, havalandırma, ev, ofis və restoran mebelləri, tekstil və.s. sektorlarda fəaliyyət göstərən, beynəlxalq standartlara cavab verən məhsul istehsalı və ixracı ilə məşğul olan türk firmaları iştirak edəcək.
Gülnaz Qənbərli
Gununsesi.info