
Gununsesiaz.info xəbər verir ki, bir neçə dəqiqə öncə Türkiyənin XİN başçısı Mövlut Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın son çıxışını öz sosial media hesabından paylaşıb:
“Türkiyə, bu günü və gələcəyi baxımından tarixi və həyati bir mübarizə içərisindədir. Nəticələri ən az 100 il əvvəlki kimi böyük bir mübarizədən ölkəmizin və millətimizin mənafelərini qorumaqla qələbə qazanmaq üçün gecə-gündüz səylərimizi davam etdiririk.
Tarix boyu hər zaman işğallara və qəddarlığa məruz qalan bu coğrafiyada bir an mübarizədən qaçsaq bir anlıq birliyimizi pozsaq qarşılığını çox ağır ödəyəcəyimizi idrak edirik.
Bu böyük mübarizəni verərkən, bir daha qanları ilə bizə bu torpağı vətənə çevirən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Təqiblərə qarşı haqq uğrunda mübarizəmiz sona qədər davam edəcəkdir. Şəhidlər təpəsi boş deyil, boş qalmayacaq.
Türkiyə haqlı mübarizəsindən heç bir zaman geri dayanmayacaq. Şəhidlərin qanı yerdə qalmayacaq. Türkiyə Heç bir xəyanəti unutmayacaq. Millətimiz yanımızda olduğu müddətcə, bütün çətinliklərin öhdəsindən gələcək və ölkəmizi küncə sıxıştırağl düşünənlərə tarixi bir dərs verəcəyik”.

Gununsesiaz.info