Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirib

  • By admin
  • 22 Yanvar 2018 20:30

Türkiyə ordusu Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı çərçivəsində Burseya strateji yüksəkliyini ələ keçirib.

Gununsesi.info xəbər verir ki, əməliyyat nəticəsində 2 terrorçu əsir götürülüb.

Burseya dağından PYD/YPG silahlıları Türkiyənin Kilis şəhərini atəşə tuturdular.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Ötən gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Gununsesi.info