Türkiyə Almaniyaya nota verdi

  • By admin
  • 23 Aprel 2018 17:29

Türkiyə Almaniyada yaşayan türklərin seçkilərdə səs verə bilməsi üçün bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.

Gununsesi.info xəbər verir ki, Almaniyanın notaya müsbət reaksiya verəcəyi halda bu ölkədə yaşayan türklərin prezident seçkilərində iştirakını təmin etmək üçün seçki sandıqları quraşdırılacaq.

Nota qəbul olunsa, xaricdə yaşayan türk seçicilər ilk tur üçün 4-17 iyun tarixləri arasında, seçkilərin ikinci tura qalacağı halda isə 30 iyun-4 iyul tarixlərində səs verə biləcəklər.

Gununsesi.info