“Türkiyə-Azərbaycan-Rusiya müzakirələrini də üçlü formada təşkil edə bilərik” - Çavuşoğlu

  • By admin
  • 15 İyul 2016 14:25

mam

 

“Bütün regional layihələri həyata keçirməklə bağlı Azərbaycanla həmfikirik. Birlikdə çalışmağa davam edəcəyik”.
Gununsesi.info-nun məlumatına görə,  bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında bildirib.Türkiyəli nazir deyib ki, layihələrin həyata keçirilməsi üçün digər ölkələrlə də əməkdaşlıq davam etdiriləcək.
“Bilirsiniz ki, bölgədəki ölkələrlə üçlü mexanizmlər mövcuddur. Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan, Türkiyə-Azərbaycan-Gürcüstan üçlü mexanizmləri kimi. Biz istəyirik ki, Azərbaycan-Türkiyə-Qazaxıstan üçlü mexanizmi də olsun. Qazaxıstanlı qardaşlarımızla da bu məsələni müzakirə etmişik. Hətta Türkiyə-Azərbaycan-Rusiya müzakirələrini də üçlü formada təşkil edə bilərik”-deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info